Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

16.02.2023 10:36
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin müştərək məqaləsi nüfuzlu jurnalda çap olunub

Kimyaçı alimlərin müştərək məqaləsi nüfuzlu jurnalda çap olunub

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev, Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Sevinc Hacıyeva və kimya üzrə fəlsəfə doktoru, dosent Elmina Qədirovanın həmmüəllifi olduğu “TiO2 nanohissəçiklər və və N-tərkibli birləşmələrin sistemində fenolun parçalanmasi” adlı müştərək məqaləsi (Degradatıon of phenol in the system TiO2 nanopartıcles and N-contaınıng compound, Journal of the Chemical Society of Pakistan, 2023, v.45, №01, p.36-43) Pakistan Kimya Cəmiyyətinin (Journal of the Chemical Society of Pakistan) jurnalında dərc olunub.

Məqalədə TiO2 nanohissəciklərinin və metil-3-amikrotonatın iştirakı ilə UV şüalarının təsiri altında suda fenolun parçalanması öyrənilib və mühüm nəticələr əldə edilib.

Qeyd edək ki, “Web of Science”-ə daxil olan Genişləndirilmiş Elmi Sitatlaşma İndeksi (Science Citation Index Expanded -SCİE) bazasında indeksləşən və impakt faktoru 0.698 olan  Journal of the Chemical Society of Pakistan Q4 reytinqli jurnaldır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: