Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının (Gahramanova Shahnaz Ismayıl, Tagiyev Dilgam Babir, Munshiyeva Mina Karim, Asgarova Tarana Yashar, Mammedova Mehriban Vali, Sharifova Saida Kamil, Mammadova Saədət Abbas, Jalaladdinov Fidail Fatullah, Gahramanov Taleh Orduxan)“Kobalt (II) və sink (II) komplekslərinin difenilkarbazon və dimetilsulfoksid ilə sintezi və xarakteristikası: Antifungal xüsusiyyətlərin araşdırılması” (Synthesis and Characterization of Cobalt (II) And Zinc (II) Complexes with Diphenylcarbazone and Dimethylsulfoxide: Exploring Antifungal Properties) adlı məqaləsi Scopus bazasına daxil olan “South eastern european journal of public health”də nəşr olunub.
Məqalədə kobalt (II) və sink (II) L1 (difenilkarbazon) və L2 (dimetilsülfoksid) liqandları ilə xüsusən [CoL2(H2O)2]2H2O, [CoL2L1(H2O)2] komplekslərinin sintezi haqqında məlumat verilib. Alınmış komplekslərin [ZnL2(H2O)2]2H2O və [ZnL2L1(H2O)2]. tərkibinin xüsusiyyətləri başlanğıc maddələrin nisbətlərindən asılı olduğu müəyyənləşdirilib. Sintez olunmuş komplekslərin quruluş və xassələri element analizi, rentgen-faza analizi, UV-spektroskopiya, İQ-spektroskopiya və termoqravimetrik analiz metodu ilə öyrənilib. UV spektroskopiyası kobalt (II) kompleksində 460-540 nm dalğa uzunluğunda, sink (II) kompleksində isə 238 nm dalğa uzunluğunda d-d keçidləri müəyyən olunub. Termoqravimetrik analiz göstərdi ki, alınan birləşmələrin termal parçalanmasının son məhsulları metal oksidləridir. Bu komplekslər seçilmiş bir çox göbələklərin, xüsusən də Candida göbələyi üzərində bioloji testdən keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.