Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.02.2023 09:55
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Xocalı şəhidlərinin xatirəsi anılıb

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Xocalı şəhidlərinin xatirəsi anılıb

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Xocalı faciəsi”nin 31-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

İclası şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İnstitutun baş direktoru t.e.d., professor Abbas Seyidov Xocalı soyqırımı haqqında geniş məruzə edib. O, vurğulayıb ki, ermənilərin bizə qarşı əsrlər boyu həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasəti onların “Böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən cinayət əməlləridir. Onlar məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürüləndən sonra bir sıra problemlərlə üzləşmişik. Mənfur ermənilər xalqımıza qarşı ən qəddar zorakılıq üsullarından istifadə etməklə, tarixdə misli görünməmiş cinayətlər törədiblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə etnik azərbaycanlılara qarşı bu soyqırımı həyta keçiriblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, bir gecədə 613 sakin qətlə yetirilib. 1275 nəfər əsir götürülüb ki, onlardan da  68-i qadın və 26-sı uşaq olmaqla, 150 nəfərin taleyi bu günədək  məlum deyil. Hazırda Xocalı soyqırımının dünyada tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.

44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun şanlı zəfərini, dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu qeyd edən baş direktor erməni vandalizmi nəticəsində həyatını qurban verənlərin qisasının alındığını söyləyib.

Məruzəçi bildirib ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.

Tədbirdə Elmi şuranın üzvləri t.e.d., professor H.Cəfərov, t.e.d. S.Məhərrəmova çıxış edərək, Xocalı soyqırımının tarixi xronologiyası, faciənin baş vermə səbəbləri, nəticəsi barədə fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: