Milli Azərbaycan Tarixi Muzeyində “Heydər Əliyev İli” çərçivəsində “Dahi rəhbər: Azərbaycanın ictimai-siyasi fikir tarixində Heydər Əliyev məfkurəsi” adlı tədbir olub.
Texniki Humanitar Liseyi, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası, Bakı-İstanbul Liseyi, 2 nömrəli Uşaq Gənclər İnkişafı Mərkəzi, 317 nömrəli tam orta məktəb və digər ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərinin iştirak etdikləri tədbirdə muzeyin şöbə müdiri Fəridə Şəmsi dahi şəxsiyyət Heydər Əliyev ideyalarının, zəngin siyasi irsinin əhəmiyyətindən danışıb.
İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı Ulu Öndər Heydər Əliyevə məxsus bir sıra sənədlərin Milli Azərbaycan Tarixi Muzeyində qorunduğu barədə məlumat verib.
Şagirdlər müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Sonra iştirakçılara təşəkkürnamə və sertifikatlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.