Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2023 11:08
  • A-
  • A
  • A+

Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Xocalı soyqırımının 31-ci  ildönümü  ilə əlaqədar anım tədbir keçirilib.

Əvvəlcə Xocalı  soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb. Ə.Quliyev qeyd edib ki, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların ən qeyri-insani olanı və dəhşətlisidir. Bu dəhşətli soyqırıma  hüquqi və siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verilib. Alim bildirib ki, 44 gün davam edən  İkinci Qarabağ müharibəsində qisası alınan Xocalı şəhidləri daim qəlblərdə yaşacaq.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Telman Yermarlı “XX əsrin ən dəhşətli faciəsi” mövzusunda məruzə ilə çıxış edib. Gənc alim  ermənilərin Xocalının dinc sakinlərinə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan vəhşiliklərdən, qəddarlıqlarından danışıb. Qeyd edib ki, Xocalıda 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, yüzlərlə sakin əsir və girov götürülüb. Daha sonra institutun elmi işçisi Məmmədova Roza çıxış edərək tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciənin minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan olunması ilə nəticələndiyini bildirib.

Sonra çıxış edən a.e.d Mustafa Mustafayev qeyd edib ki, Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırım siyasətinin davamıdır. Erməni təcavüzkarlarının törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir.

Tədbirdə çıxış edən institutun Təchizat və xidmət şöbəsinin müdiri Ramiz Həsənzadə yüzlərlə günahsız sakinin vəhşicəsinə qətlə yetirildiyi Xocalı faciəsinin dünyanın ən qanlı cinayətlərindən biri olmasını bildirib. Soyqırımı törətmiş şəxslərin beynəlxalq hüquqi cəzasını alması məsələsinə toxunaraq gənclərin məsələdə əhəmiyyətindən bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: