Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.03.2023 15:58
  • A-
  • A
  • A+

BDU-nun tələbələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçirlər

BDU-nun tələbələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçirlər

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələrinin 28 nəfərdən ibarət olan heyəti Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) istehsalat təcrübəsi keçir.

Tələbələrin fevral ayının 21-dən başlayan təcrübəsi aprelin 19-na kimi davam edəcək. BDU-nun tələbələri MBBİ-nin Bioadaptasiya, Genomun quruluşu və ekspressiyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Fotobioenergetika, Bioinformatika, Bitki biotexnologiyası, Populyasiya genomiksi, Xloroplastların fotokimyası, Hüceyrənin membran sistemləri, Fotobioenergetika və Proteomiks beynəlxalq laboratoriyalarında aparılan elmi tədqiqat işləri ilə tanış olur, müasir cihaz və avadanlıqların iş prinsipini öyrənir aparılan təcrübələrdə bilavasitə iştirak edir və dünya praktikasında tətbiq olunan metodları mənimsəyirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: