Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Göyçay folklor örnəkləri” kitabı çapdan çıxıb
14.03.2023 11:40
  • A-
  • A
  • A+

“Göyçay folklor örnəkləri” kitabı çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Göyçay folklor örnəkləri” (I kitab) işıq üzü görüb.

Topluya Göyçay bölgəsindən toplamış folklor nümunələri – mifoloji mətnlər, əfsanələr, rəvayətlər, nağıllar, lətifələr, inanclar, etnoqrafik bilgilər, Novruz mərasimləri və s. daxil edilib. Kitabda sözlük, söyləyici və toplayıcılar haqqında məlumat da yer alıb. Qeyd edək ki, topluda təqdim edilən nümunələrin mənbəyini oxuculara çatdırmaq məqsədilə ayrıca kodlaşmadan istifadə olunub.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxan 296 səhifəlik kitabın layihə rəhbəri akademik Muxtar İmanov, redaktoru filologiya üzrə fəlsəfə doktoru Əkbər Əliyev, materialları toplayıb tərtib edənlər isə filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, filologiya üzrə fəlsəfə doktoru Xuraman Kərimova və elmi işçi Vüsal Abiyevdir.

Kitabı folklor araşdırıcıları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: