Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin məqaləsi impakt faktorlu jurnalda işıq üzü görüb
15.03.2023 15:52
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi impakt faktorlu jurnalda işıq üzü görüb

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin məqaləsi “Positivity” Q3 yüksək impakt faktorlu jurnalda dərc edilib.

“Ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorlarının komutatorları və tətbiqləri” adlı məqalədə ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorları və onların kommutatorlarının məhdudluğu araşdırılıb. Həmçinin ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorları və onların kommutatorlarının məhdudluğu üçün kafi şərtlər tapılıb. Tətbiq olaraq ikixətti pseudo-diferensial operatorların təkrarlanan komutatorları və mülayim requlyarlığı olan paraprodaktlar üçün multixətti çəkili Morri qiymətləndirmələri verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: