Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.03.2023 11:10
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində Elm günü ilə bağlı tədbirlər keçirilib

Lənkəran Regional Elmi Mərkəzində Elm günü ilə bağlı tədbirlər keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) təcrübə sahəsində 27 mart- Elm Günü münasibətilə Xanbulan kənd tam orta məktəbinin direktoru Mərziyə Əliyeva və bir qrup şagirdin Əməkdar aqronom, aqrar elmlər doktoru, professor Fərman Quliyevlə görüşü keçirilib.

Professor Fərman Quliyev şagirdlərə bütün şüurlu həyatını elmi yaradıcılığa sərf etməsindən, müvafiq elmi problemlərin həllində fəal iştirak etməsindən danışıb. Fərman Quliyev elmi mərkəzin təcrübə sahəsi ilə şagirdləri tanış edib.

Tədbirin davamı olaraq LREM-də Elm gününə həsr olunmuş elmi seminar keçirilib. Yığıncağı açan mərkəzin elmi işlər üzrə direktor müavini, b.ü.f.d., dosent Sevinc Hüseynova dövlətimizin elmə göstərdiyi diqqət və qayğıdan söz açıb və mərkəzin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib.

Sonra mərkəzin Tarix və ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Mayis Cəfərovun “Əməvilərin - əməvi Azərbaycan zərbxanalarının - sikkələri” və şöbənin əməkdaşı Ağamir Cavadın “Lənkəran ədəbi mühiti haqqında” məruzələri dinlənilib. Məruzələrlə bağlı geniş fikir mübadiləsi aparılıb, mövzularla bağlı verilən suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: