Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub
31.03.2023 13:59
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub

Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları – akademik Dilqəm Tağıyevin, professor Akif Əliyev, aparıcı elmi işçi V.Məcidzadə, aparıcı elmi işçi Q.Əliyev, elmi işçi S.Cavadova və elmi işçi S.Dadaşovanın “Scopus” bazasına daxil olan Q3 kateqoriyalı “Mathematical Models and Computer Simulations” jurnalında “Mathematical Modeling and Optimization of the Process of Formation of Functional Thin MoSe2 Films” adlı məqaləsi dərc olunub.

Məqalədə elektrokimyəvi üsulla funksional Mo-Se nazik təbəqələrinin alınması üçün texnoloji prosesin riyazi modelləşdirilməsi və optimallaşdırılması nəzərdən keçirilir. Tədqiqat müxtəlif şəraitdə Pt və Ni elektrodlarında potensiodinamik, potensiostatik və qalvanostatik üsullarla aparılıb. Riyazi hesablamalar bu proses üçün xüsusi hazırlanmış proqram təminatı ilə həyata keçirilib. Müxtəlif amillərin (ilkin komponentlərin qatılığı, temperatur, cərəyan sıxlığı və s.) təsirini öyrənməklə, elektroçökmə prosesi üçün optimal elektroliz rejimi və elektrolit tərkibi seçilib. Alınan reqressiya tənliyinin statistik təhlili aparılıb, orta yaxınlaşma xətası hesablanıb və standart kənarlaşma qiymətləndirilib. Qurulmuş çoxsaylı reqressiya tənliyini qiymətləndirmək üçün Fişer kriteriyası və reqressiya əmsalları hesablanıb. Alınan reqressiya tənliyi elektrolitin tərkibini və elektroliz şəraitini müəyyən edir ki, bu da tərkibində lazımi miqdarda Mo olan Mo-Se ərintinin çökməsinə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: