Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan faunasının informasiya sistemi (onurğalılar)” kitabı nəşr olunub
03.04.2023 15:42
  • A-
  • A
  • A+

“Azərbaycan faunasının informasiya sistemi (onurğalılar)” kitabı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan faunasının informasiya sistemi (onurğalılar)” adlı  kitabı işıq üzü görüb.

Kitabda Azərbaycan Respublikası zooloqlarının dəyirmiağızlılar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər sinfinə mənsub olan 698 onurğalı heyvan növlərinin təşəkkül tarixinə, sistematik vəziyyətinə, yayılmasına, sayına, etologiyasına və təsərrüfat əhəmiyyətinə dair çoxillik tədqiqatlarının nəticələri ümumiləşdirilib. Heyvanların taksonomiyası və statusu, qorunması, ərazi və landşaftlar üzrə yerləşməsi, məskunlaşma xüsusiyyətləri, dinamikası və s. ətraflı işıqlandırılıb.

Kitab Azərbaycan faunası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Çap olunan kitab mütəxəssislər, eləcə də ali və orta təhsil müəssisələrinin müəllim və tələbələri üçün xüsusilə faydalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: