Fransa səfirliyinin mədəniyyət işləri üzrə attaşesi Pier-Antuan Ferasen Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.
Attaşe ilk olaraq, muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüb. Görüşdə Azərbaycan-Fransa mədəni əlaqələri barədə söhbət aparılıb. Söhbət zamanı akademik Nailə Vəlixanlı qonaqları muzeyin yenidən qurulan ekspozisiyasının açılış mərasiminə də dəvət edib.
Sonra qonaqlar məşhur xeyriyyəçi H.Z.Tağiyevin ev-muzeyini ziyarət ediblər. Attaşe Pier-Antuan H.Z.Tağıyevin fəaliyyətini yüksək qiymətləndirdiyini və muzeydən böyük zövq aldığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.