Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

04.05.2023 09:42
  • A-
  • A
  • A+

Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Fizika İnstitutunda olub

Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Fizika İnstitutunda olub

AMEA-nın Ümumi yığıncağının “Görkəmli dövlət xadimi Heydər Əliyev: lider, zaman və müasirlik” mövzusunda keçirilmiş Xüsusi iclası çərçivəsində ölkəmizdə qonaq olan Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Sirojiddin Mirzaev Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun qonağı olub.

Qonağı salamlayan AMEA-nın birinci vitse-prezidenti v.i.e., institutun baş direktoru, akademik Arif Həşimov Sirojiddin Mirzaevi sözügedən elmi müəssisənin tarixini əks etdirən stendlərlə tanış edib, insitutun tarixi, tanınmış alimləri, fəaliyyət istiqamətləri və s. haqqında məlumat verib.

Daha sonra S.Mirzaev Yüksək gərginliklər fizikası və texnikası, Nanomaterialların tətbiqi texnologiyaları laboratoriyalarında olub. Laboratoriya rəhbərləri fizika elmləri doktoru, dosent Təranə Nurubəyli və fizika üzrə fəlsəfə doktoru Nahidə Musayeva burada quraşdırılan cihazlar, aparılan tədqiqatlar, əldə olunan ən son elmi nailiyyətlər haqqında qonağa ətraflı məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: