Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.10.2015 15:28
  • A-
  • A
  • A+

AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi ilə əlaqədar görülən işlər müzakirə edildi

AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi ilə əlaqədar görülən işlər müzakirə edildi

Oktyabrın 2-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirildi.

Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İEB-in akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova gündəlikdəki məsələlər barədə məlumat verdi.

Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadənin “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” 9 iyun 2015-ci il tarixli Sərəncamının İEB-in elmi-tədqiqat müəssisələrində icrası ilə əlaqədar görülən işlər müzakirə edildi.

Sonra institut direktorları çıxış edərək rəhbərlik etdikləri elmi müəssisələrdə sərəncamın icrası ilə əlaqədar görülən işlər barədə məlumat verdilər.

Qeyd olundu ki, bu gün ölkənin təhsil sistemində geniş istifadə olunan test texnologiyaları bilik səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. İxtisas imtahanları üzrə test tapşırıqları bölmə institutları tərəfindən tərtib edilib, eyni zamanda fəlsəfə və xarici dillər üzrə informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə xüsusi proqramlar hazırlanıb. Tədbirdə humanitar fənnlər üzrə şifahi imtahanların keçirilməsinin zəruriliyi ifadə olundu.

Mövzu ətrafında geniş müzakirələr aparıldı, bir sıra suallar cavablandırıldı, rəy və təkliflər səsləndirildi.

Tədbirdə, o cümlədən Arxeologiya və Etnoqrafiya İnstitutunun strukturunda dəyişiklik edilməsi məsələsinə baxıldı, bir sıra kadr məsələləri müzakirə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: