Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimyaçı alimlər tərəfindən Rumıniyada çap olunan monoqrafiyanın bir fəsli hazırlanıb
15.05.2023 16:10
  • A-
  • A
  • A+

Kimyaçı alimlər tərəfindən Rumıniyada çap olunan monoqrafiyanın bir fəsli hazırlanıb

Rumıniyanın Petroşani şəhərində UNIVERSITAS nəşriyyatında çap olunan çoxmüəllifli “Key trends of integrated innovation-driven scientific and technological development of mining regions” adlı monoqrafiyanın bir fəsli Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları tərəfindən yazılıb.

“Key trends of integrated innovation-driven scientific and technological development of mining regions” adlı fəsildə ətraf mühitin çirkləndiriciləri haqqında məlumat verilir, göstərilir ki, kimyəvi çirklənmənin əsas mənbələri sənaye, energetika, nəqliyyat və kənd təsərrüfatı məhsullarıdır. Həmçinin, təbii ehtiyatların işlənilməsi, emalı və istifadəsi zamanı yaranan tullantılarla ətraf mühitin çirklənməsi haqqında fəsildə geniş məlumat verilir. Qeyd olunur ki, kimyəvi çirkləndiricilərə ətraf mühitdə mövcudluğu yolverilməz olan (civə, civə birləşmələri, radioaktiv elementlər və s.) təhlükəli və ya yüksək dərəcədə zəhərli maddələr və birləşmələr daxildir. Monoqrafiyada çirkləndiricilərin - karbon birləşmələrinin (CxOy), kükürd birləşmələrinin (SxOy), azot birləşmələrinin (NxOy), karbohidrogen məhsullarının, flüor birləşmələrinin və ağır metalların tərkibi təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: