Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.05.2023 09:53
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunda rusiyalı alimlərlə görüş keçirilib

Zoologiya İnstitutunda rusiyalı alimlərlə görüş keçirilib

AR ETN Zoologiya İnstitutunda Altay Dövlət Universitetinin (Barnaul, Rusiya Federasiyası) Ekologiya, biokimya, biotexnologiya kafedrasının professoru, biologiya elmləri doktoru R.V.Yakovlev və Rusiya Elmlər Akademiyası Zoologiya İnstitutunun (Sankt-Peterburq, Rusiya Federasiyası) böyük elmi işçisi, biologiya elmləri namizədi N.A.Şapoval ilə görüş keçirilib.

İnstitutun baş direktoru v.i.e, a.e.ü.f.d. Ələddin Eyvazov, Protozoologiya laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İ.Ələkbərov, Quru onurğasızları laboratoriyasının baş elmi işçisi, b.e.d. N.Sneqovaya və Beynəlxalq əlaqələr şöbəsinin müdiri v.i.e., b.ü.f.d. E.Tahirovanın iştirakı ilə keçirilən görüşdə birgə məqalələrin dərci, Web of ScienceScopus bazasında indeksləşən jurnallarda nəşr fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, rusiyalı alimlər Zoologiya İnstitutunun əməkdaşları ilə birgə tədqiqatlar aparmaq üçün mayın 23-dək Azərbaycanın müxtəlif bölgələrində elmi ezamiyyədə olacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: