Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

19.05.2023 10:20
  • A-
  • A
  • A+

Məktəblilər GGİ-nin Geoloji-Mineraloji Muzeyində olublar

Məktəblilər GGİ-nin Geoloji-Mineraloji Muzeyində olublar

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbirlər davam edir.

Belə ki, Beynəlxalq Muzeylər Günündə Bakı şəhəri 275 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri institutun Geoloji-Mineraloji Muzeyində olublar. Muzeyin rəhbəri Əbülfət İmanov və mühəndis Leyla Həziyeva qonaqlara muzeyin funksiyası, eləcə də burada qorunan mineralların tarixçəsi haqqında məlumat veriblər. 

Məktəbin müəllimi İradə Əhmədova şagirdləri minerallar haqqında açıq dərs formasında (sual-cavab şəklində) məlumatlandırdıqdan sonra eksponatlardan istifadə və onların tətbiq obyektləri haqqında faktlarla tanış edib. Bildirib ki, nümayiş olunan minerallardan zərgərlikdə, tibbdə, sənayedə, cihazqayırmada, maşınqayırmada, tikintidə, kənd təsərrüfatında, energetikada - bir sözlə, xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunur.  

Şagirdlər sonra institutun Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzində müxtəlif nümunələrin tərkibinin öyrənilməsi prosesinə şahidlik ediblər.  Mərkəzin rəhbəri Nazim Sadıqov və elmi işçi Bahar Babayeva “Tiger S8” cihazı vasitəsilə aparılan  kimyəvi analizlər haqqında maraqlı məlumatlar təqdim ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: