Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Antropoloji tədqiqatlar” toplusu çapdan çıxıb
20.05.2023 11:30
  • A-
  • A
  • A+

“Antropoloji tədqiqatlar” toplusu çapdan çıxıb

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Antropologiya Mərkəzinin apardığı tədqiqatların nəticələrindən ibarət elmi məqalələr toplusunun I buraxılışı işıq üzü görüb.

“Antropoloji tədqiqatlar” toplusunun elmi redaktoru mərkəzin rəhbəri, t.e.d., professor Əliağa Məmmədlidir.

Kitab Azərbaycanda antropologiyanın aktual problemlərindən və aparılmış elmi tədqiqat işlərindən bəhs edən məqalələr toplusundan ibarətdir. Topluda alimlərlə yanaşı, gənc tədqiqatçıların da məqalələri yer alıb.

Son zamanlarda Azərbaycanda antropologiya elminə, onun tədqiqat sahələrinə və perspektivlərinə diqqət xeyli dərəcədə artıb. 2018-ci ilin sonlarında AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Arxeologiya və Etnoqrafiya İnstitutunda Antropologiya Mərkəzinin yaradılması ilə Azərbaycanda antropologiya elmi yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu qərarı son illərdə Azərbaycan alimləri arasında aparılan müzakirələrin, diskussiyaların məntiqi nəticəsi kimi qəbul etmək olar. Oxucuların diqqətinə təqdim olunan bu toplu Azərbaycanda ilk dəfə olaraq antropologiya elminin müxtəlif istiqamətlərini əks etdirən məqalələrdən ibarətdir. Məqalələr həm fiziki (bioloji), həm də sosial-mədəni antropologiyanın bəzi problemlərinə həsr olunub. Bu toplu Antropologiya Mərkəzinin dörd illik fəaliyyətinin müəyyən yekunudur. Bu, həmçinin antropologiyanın müxtəlif sahələrində aparılacaq tədqiqatların müəyyən dərəcədə bünövrəsini təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: