Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.05.2023 09:28
  • A-
  • A
  • A+

“Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda konfrans keçirilib

“Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda konfrans keçirilib

AR Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Lənkəran Dövlət Universitetinin (LDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili”nə həsr olunmuş “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransın əvvəlində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransı LDU-nun rektoru, prof. Natiq İbrahimov açaraq Ulu Öndərin Azərbaycanda bütün sahələrdə olduğu kimi, aqrar sahənin inkişafındakı böyük rolundan bəhs edib.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Azərbaycanda iqlim dəyişməsi və su problemlərinin yaranması” mövzusunda məruzə ilə çıxış edib. Alim çıxışında müasir dünyada şirin su mənbələrinin azalması, ətraf mühitin çirkləndirilməsi və sudan səmərəsiz istifadə nəticəsində mövcud su ehtiyatlarının sürətlə tükənməsi, həmçinin zəngin şirin su ehtiyatlarına malik kəhrizlər haqqında ətraflı məlumat verib.

Elmi-praktik konfransın plenar iclasında AMEA-nın müxbir üzvü Amin İsmayılov “Azərbaycanda rəqəmsal torpaq xəritəçiliyinin əsas xüsusiyyətləri”, LDU-nun dosentləri Balayar Şahbazov “Heydər Əliyevin torpaq islahatları ərzaq təhlükəsizliyinin təminatıdır”, Məlahət Ağayeva isə “Heydər Əliyev və Azərbaycanda çayçılığın inkişafı” mövzusunda çıxış ediblər.

Plenar iclasdan sonra konfrans işini “Torpaqların genezisi, təsnifatı, təkamülü və geoinformasiya sistemləri”, “Torpaq, su ehtiyatları və onlardan səmərəli istifadə”, “Torpaq biomüxtəlifliyinin qorunması”, “Davamlı kənd təsərrüfatının inkişaf perspektivləri”, “Azərbaycanda çayçılığın inkişafı” bölmələrində davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: