Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.06.2023 15:05
  • A-
  • A
  • A+

Azad Həmkarlar İttifaqının dəstəyi ilə Akademiya əməkdaşları üçün qısamüddətli gəzintilər təşkil olunub

Azad Həmkarlar İttifaqının dəstəyi ilə Akademiya əməkdaşları üçün qısamüddətli gəzintilər təşkil olunub

AMEA-nın Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə ilk təşkilatlarda institut əməkdaşlarının asudə vaxtlarını səmərəli qeyd etmələri üçün Azərbaycanın səfalı yerlərinə qısamüddətli gəzintilər təşkil edilib.

Memarlıq və İncəsənət İnstitutunun Həmkarlar Təşkilatının təşkilatıçılığı ilə institutun 18 nəfər əməkdaşı üçün Quba rayonunda 1 günlük gəzinti təşkil edilib.

Fizika İnstitutunun 40 nəfər əməkdaşı Lənkəran şəhəri, Tarix muzeyini və “Xanbulan” gölünü ziyarət ediblər.

İqtisadiyyat İnstitutu Həmkarlar Təşkilatının xətti ilə 25 nəfər əməkdaş üçün Lerikdə və Lənkəranda gəzinti təşkil edilib.

Arxeologiya, Antropologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar Təşkilatının xətti ilə 60 nəfər əməkdaş üçün Lənkəran - Astara turları təşkil olunmuşdu.

Tarix İnstitutunun Həmkarlar Təşkilatının xətti ilə 45 nəfər əməkdaş üçün 1 günlük Qubaya gəzinti təşkil edilib.

Neft Kimya Prosesləri İnstitutunun Həmkarlar Təşkilatının xətti ilə 42 nəfər əməkdaş üçün Oğuz-Qəbələ-İsmayıllı turu təşkil edilmişdi.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Həmkarlar Təşkilatının xətti ilə 10 nəfər əməkdaş üçün Lənkəran rayonuna gəzinti təşkil edilmişdi.

AMEA-nın Azad Həmkarlar İttifaqının xətti ilə Nabranda 75 nəfər əməkdaş üçün 3 günlük gəzinti təşkil edilib.

Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 24 nəfər əməkdaş Balakən, Qax rayonlarında olublar. Onlar İlisu kəndində “Ram Ramay” şəlaləsi və XVII əsrdə inşa olunmuş Simurq qalasını ziyarət ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: