Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qarabağlı müəlliflərin əlyazma əsər kataloqu” işıq üzü görüb
07.06.2023 14:15
  • A-
  • A
  • A+

“Qarabağlı müəlliflərin əlyazma əsər kataloqu” işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Nailə Süleymanovanın “Qarabağlı müəlliflərin əlyazma əsər kataloqu” kitabı işıq üzü görüb.

Əlyazmalar İnstitutunda mühafizə edilən əlyazmalar əsasında hazırlanmış kataloqda Qarabağda və ya əslən Qarabağdan olub başqa ərazilərdə yaşamış görkəmli alimlərin müxtəlif məzmunlu və fərqli tarixi dövrə aid əlyazma əsərlərinin, Nəvvab Mir Möhsün Qarabağinin avtoqraf əlyazmalarının, o cümlədən ədəbiyyata, tarixə, ərəb dilçiliyinə, dinə dair əlyazmaların elmi-paleoqrafik təsviri yer alıb. Qarabağlı müəlliflərin əsərlərinin əlyazma nüsxələrinin vahid bir kataloqda toplanması onların həyat və yaradıcılığının dərindən öyrənilməsi üçün mühüm bir mənbə sayıla bilər.

Qeyd edək ki, yeni nəşrin elmi redaktorları Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov, “Ön söz”ün müəllifi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Nailə Süleymanovadır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: