Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Mərkəzi Elmi Kitabxanada “Nigar Rəfibəyli-110” adlı sərgi təşkil olunub
23.06.2023 11:45
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada “Nigar Rəfibəyli-110” adlı sərgi təşkil olunub

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, Xalq şairi Nigar Rəfibəylinin anadan olmasından 110 il ötür. Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Nigar Rəfibəyli-110” adlı sərgi təşkil olunub.

Sərgidə şairənin Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitabları, tərcümə və tərtib etdiyi, redaktoru olduğu kitablar, sözlərinə yazılmış mahnıların yer aldığı nəşrlər, haqqında yazılan kitablar, dövri mətbuat materialları nümayiş etdirilir.

Bunların sırasında “Dənizin səsi gəlir”, “Məhəbbətim bölünmədi”, “İşıqlı dünyam”, “Ana səsi”, “Seçilmiş əsərləri”, “Rübailər”, “Bir cüt xurma ağacı”, “Yol xatirələri”, “Dənizin səsi gəlir”, “Məstanın balaları”, “Bir həzin axşamda düşsəm yadına”, “Günəşdən gənclik istədim”, “Şeirlər”, ‘Tapdılar bir-birini sevgini bölüşdülər” (Anar), “Görünməz adam” (tərcümə) və başqa dəyərli nəşrlər yer alır.

Nigar Rəfibəyli 23 iyun 1913-cü ildə Gəncədə anadan olub. O, əmək fəaliyyətinə müəllimlik etməklə başlayıb. 1940-cı ildən ömrünün sonunadək yaradıcılıqla məşğul olub. N.Rəfibəyli Nəvai, Şiller, Puşkin, Lermontov, Çexov, Şevçenko, Voyniç və başqalarının əsərlərini tərcümə edib. Xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” və “Xalq şairi” fəxri adlarına layiq görülüb. Həmçinin “Şərəf nişanı” ordeni və medallarla təltif olunub.

9 iyul 1981-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, sərgi 2 həftə davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: