Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.07.2023 11:01
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası baş tutub.

Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə iclas iştirakçılarını gündəliyə çıxarılan məsələlərlə tanış edib.

Bölmə sədri Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli iclası və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar AMEA Rəyasət Heyətinin təsdiq etdiyi Tədbirlər planının AMEA-nın Naxçıvan Bölməsində icrası barədə məlumat verib, məsələ ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin AMEA-nın Naxçıvan Bölməsində çalışan elmi işçilərin bölmənin “Elmi əsərlər” və “Axtarışlar” jurnallarına məqalə təqdim etmələri haqqında, Naxçıvan Bölməsinə 2023-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının yekunları, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi-tədqiqat müəssisələrinin doktorant və dissertantlarının həmin müəssisələrə köçürülməsi barədə müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

Bölmənin Rəyasət Heyəti fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul olmuş bir nəfər əməkdaşın dissertasiya mövzusu və rəhbərinin təsdiq edilməsi, habelə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun bir əməkdaşının 2023-cü ilin ikinci yarısı üçün fərdi iş planının təsdiqi və gündəlikdəki cari məsələlərlə əlaqədar qərarlar qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: