Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.07.2023 16:45
  • A-
  • A
  • A+

MBBİ-də özbəkistanlı alim Fəxrəddin Kuşanovun iştirakı ilə elmi seminar keçirilib

MBBİ-də özbəkistanlı alim Fəxrəddin Kuşanovun iştirakı ilə elmi seminar keçirilib

Azərbaycanda səfərdə olan Özbəkistan Elmlər Akademiyası Genetika və Eksperimental Biologiya İnstitutunun əməkdaşları – böyük elmi işçi, prof. Fəxrəddin Kuşanov və böyük elmi işçi, PhD Ozod Turayev AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu (MBBİ) ziyarət ediblər.

Əvvəlcə qonaqlar institutun laboratoriyaları və burada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olublar.

Sonra elmi seminar keçirilib. İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qonaları salamlayaraq belə tədbirlərin keçirilməsinin gələcək əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb.

Prof. Fəxrəddin Kuşanov apardığı elmi tədqiqat işlərinin əsas istiqamətləri barədə seminar iştirakçılarına məlumat verib. O qeyd edib ki, hazırda onun rəhbərlik etdiyi laboratoriyada müasir genetik və biotexnoloji metodlardan istifadə etməklə yeni pambıq sortlarının yaradılması və tətbiqi istiqamətində geniş tədqiqatlar aparılır. Pambıq genofondunun kolleksiyasına pambığın mədəni növlərindən 7500 sort nümunə daxil edilib.

Sonda özbəkistanlı alim MBBİ əməkdaşlarının verdiyi çoxsaylı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: