Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.08.2023 14:10
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Dendrologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktor v.i.e., b.ü.f.d., dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda institutun şöbə və laboratoriyalarında yerinə yetirilən elmi tədqiqat işlərinin müzakirəsi aparılıb.

İclasda 8 laboratoriya və 7 şöbənin müdirləri rəhbərlik etdikləri laboratoriyaların elmi və elmi-pedaqoji fəaliyyəti, monitorinqlər və mövcud problemlər ətraflı müzakirə olunub.

İclasın gündəliyində olan əsas məsələlərdən biri də SEAB 2023 VI beynəlxalq simpoziumunun keçirilməsi üzrə görülən işlərin müzakirəsi olub. Simpoziumun yüksək səviyyədə keçirilməsi üçün lazımi tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

Qeyd edək ki, 6-8 sentyabr 2023-cü il tarixlərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Avrasiyada Biomüxtəliflik - SEAB 2023” VI beynəlxalq simpoziumun altıncısının Azərbaycanda Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda keçirilməsi nəzərdə tutulub. Simpozium Avropa və Asiya qitələrinin əsas bitki örtüyü və heyvanlar aləmi olmaqla, çox sayda elmi araşdırmalar üzrə “Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri”, “İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri”, “Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası”, “Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri” və “Biomüxtəlifliyin saxlanılma problemləri” və s. bölmələri üzrə təşkil olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: