Kaliforniya Universitetinin alimləri kvant materiallarında neyronları və sinapsları təqlid edərək beyinə bənzəyən kompüter hazırlaya biliblər.
Ən son yaradılan bu texnologiya süni intellekt texnologiyasında kritik inqilab edə biləcək səmərəli proqram təminatına sahibdir.
Tədqiqatçılar araşdırmanı başlayarkən meqa quantum kompüterlərində hədsiz enerji israfının qarşısını almağa yönəlmiş ardıcıl təcrübələr həyata keçirərək nəticədə quantuma yararlı proqram təminatı hazırlaya biliblər. Kaliforniya Universitetinin süni intellekt üzrə texniki mühəndisləri bu iş üçün bioloqlarla birgə çalışıb və insan beynini nümunə kimi istifadə ediblər.
Kaliforniya Universitetindən professor Robert Dynes qeyd edir ki, əslində, bu texnika heç də insanın beyin funksiyalarını olduğu kimi kopyalamaq deyil. Üzərində işlədiyimiz üsul daha çox hibrid halda insan və robot xüsusiyyətlərini özündə birlədirən mexanizmdir.