Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər fironlar dövrünə aid yüzlərlə mumiyalanmış arı tapıblar
31.08.2023 10:43
  • A-
  • A
  • A+

Alimlər fironlar dövrünə aid yüzlərlə mumiyalanmış arı tapıblar

Portuqaliyalı alimlər təxminən 3 min illik yüzlərlə mumiyalanmış arı tapıblar. Bu, qədim arı növləri və onların ətraf mühiti haqqında nadir məlumatlar verir.

Mumiyalanmış arılar Portuqaliyanın Odemira sahil xətti boyunca yeni aşkar edilmiş paleontoloji sahədə tapılıb. Təxminən 2975 il əvvəl bütün dünyada müxtəlif əlamətdar hadisələr baş verirdi: Firon Siamun Aşağı Misirin hökmdarı idi; Çində Çjou sülaləsi davam edirdi; Süleyman Davuddan sonra İsrail padşahı olmağa hazır idi. Bu vaxt indiki Portuqaliyada yerli tayfalar Tunc dövrünün sonuna yaxınlaşırdılar. Xüsusilə indi Odemiranın olduğu Portuqaliyanın cənub-qərb sahilində qəribə və nadir bir hadisə baş verdi: yüzlərlə arı pətəklərin içərisində öldü və ən kiçik anatomik təfərrüatı ilə qorunub saxlanıldı.

“Bu arıların qorunma dərəcəsi o qədər müstəsnadır ki, biz yalnız arının növünü müəyyən edən anatomik detalları deyil, həm də onun cinsini və hətta pətək qurarkən ananın qoyub getdiyi monofloral polen tədarükünü müəyyən edə bildik”, - deyə tədqiqatçı karlos Neto de Karvalho bildirib.

Arılar dünyada iyirmi mindən çox növə malikdir və insan fəaliyyəti nəticəsində populyasiyaları əhəmiyyətli dərəcədə azalan və iqlim dəyişikliyi ilə əlaqəli olan mühüm tozlandırıcılardır. Yeni tapıntı təxminən üç min il əvvəl arı populyasiyalarının ölümünə və mumiyalanmasına səbəb olan ekoloji səbəbləri başa düşməyə, iqlim dəyişikliyinə davamlılıq strategiyalarını anlamağa və qurmağa kömək edə bilər.

AzərTac

  • Paylaş: