Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

04.09.2023 12:07
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır. Maksimal sinifli alışma 3413 oblastındakı M 6.01 (R2) sinifli alışma olmuşdur. Alışmalar nəticəsində II və IV tip radioemissiya, 10 sm dalğa uzunluğunda radioalışmalar, həmçinin Yerə istiqamətlənmiş bir neçə Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı artaraq, 6 ləkə qrupu və 77 ləkə müşahidə olunur. Günəşin səthində kiçik Tac dəliyi qeyd olunsa da, Yerə istiqamətlənmiş ekvatorial Tac dəlikləri müşahidə olunmur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 836 pfu) olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə 1-2 sentyabr tarixlərində 25 pfu-ya kimi yüksəlmiş, S1 səviyyəli radiasiya qasırğası baş vermişdir.

Hesabat dövründə Günəş küləyinin sürəti artaraq 743 km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti 12 nT, radial istiqamətdə isə -9 nT  olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 431 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4 nT, radial istiqamətdə isə  -2 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi  Günəşdə baş vermiş lifin püskürməsi ilə müşayiət olunan TKA-nın və Tac Dəliklərindən çıxan Yüksək Sürətli  Zərrəciklər Selinin təsiri ilə 02-03 sentyabr tarixlərində orta səviyyəli (G2) geomaqnit qasırğası baş vermişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (4 sentyabr-11 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 75%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yüksək səviyyələrə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

4-6 sentyabr tarixlərində TKA-nın və müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli  Zərrəciklər Selinin təsiri ilə Günəş küləyinin öz sürətini saxlayacağı gözlənilir.

Geomaqnit sahəsinin Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 6 sentyabra kimi qeyri-sabit və aktiv səviyyələrdə olacağı gözlənilir. Əgər Yerə istiqamətlənmiş TKA-nın da təsiri əlavə olunarsa, yenidən geomaqnit qasırğasının baş vermə ehtimalı vardır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: