Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.09.2023 14:23
  • A-
  • A
  • A+

Rəsədxanada növbəti astroseminar keçirilib

Rəsədxanada növbəti astroseminar keçirilib

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

ŞAR-ın Qalaktikalar    ulduzəmələgəlmə prosesləri şöbəsinin aparıcı elmi işçisi, a.f.d., dosent Həmayil Adıgözəlzadə “АЕ Herbiq tipli HD 179218 ulduzunun qaz örtüyünün struktur-kinematık xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

Tədqiqat işi əsasən Нβ xəttinin profillərinin tədqiqinə və onların müxtəlif zaman ərzində dəyişkənliyinin öyrənilməsinə həsr olunub. Xəttin şüa sürətinin təhlilindən alınıb ki,  bu sürətlər 3 gündən az olmayaraq saxlanıla bilir, bu zaman onların dərinliyi və lokal udulma fonunda şüalanma qanadının intensivliyi güclü dəyişə bilər. HD179218 ulduzunda aşkar edilmiş bu dəyişkənlik ehtimal ki, akkresiya zonasının təxmini yerini göstərir. Sonda müəlliflər belə bir nəticəyə gəliblər ki, Ae tipli HD179218 ulduzunun spektrində müşahidə olunan dəyişkənlik ulduz maqnetizminin xüsusiyyətləri ilə bilavasitə əlaqədardır.

Məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: