Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.10.2023 11:54
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov Şura üzvlərini iclasın gündəliyi ilə tanış edib.

Gündəlikdə yer alan Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının məktubu müzakirə edilərək müvafiq tapşırıqlar verilib.

Sonra Biofizika İnstitutunun 2024-cü il üçün elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planı müzakirə olunub. Qeyd olunub ki, 2024-cü ilin tədris ili üçün elmlər doktoru hazırlığı üzrə qiyabi doktoranturaya “Biofizika” ixtisası üzrə 1 yer, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya “Genetika” ixtisası üzrə 1 yer, fəlsəfə doktoru hazırlığı üzrə “Biofizika” və “Biokimya” ixtisasları üzrə qiyabi doktoranturaya 2 yer sifariş olunması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: