Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.10.2023 12:38
  • A-
  • A
  • A+

AMEA ilə Alman Akademik Mübadilə Xidməti arasında əməkdaşlıq imkanları müzakirə olunub

AMEA ilə Alman Akademik Mübadilə Xidməti arasında əməkdaşlıq imkanları müzakirə olunub

AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul və ofisin Azərbaycan üzrə təhsil və təqaüd proqramları koordinatoru Sevər Qarayeva ilə görüşüb.

AMEA Rəyasət Heyətində baş tutan görüşdə akademik Arif Həşimov qonaqları salamlayaraq görüşün əhəmiyyətli məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib. AMEA-nın elmi müəssisələri ilə Almaniyanın müxtəlif təşkilatları arasında geniş əməkdaşlıq əlaqələrinin olduğunu söyləyən birinci vitse-prezident bu əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Gebhard Reul təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən, DAAD proqramlarının tələbə və tədqiqatçılar üçün yaratdığı fürsətlərdən, eləcə də təqaüd proqramlarının üstünlüklərindən bəhs edib. O, ötən il müvafiq qurumların nümayəndələrinin iştirakı ilə DAAD-ın Tbilisi Regional Ofisinin açılışının olduğunu diqqətə çatdırıb. Gebhard Reul Qafqaz ölkələri ilə əlaqələrin genişləndirilməsində, bu ölkələrin tarixi və mədəniyyətinin öyrənilməsində Tbilisi Regional Ofisinin rolundan danışıb.

DAAD təqaüd proqramlarının azərbaycanlı tələbə, alim və mütəxəssislərin mübadiləsini dəstəkləmək baxımından önəmini qeyd edən qonaq DAAD-ın 1990-cı illərdən etibarən Azərbaycanda aktiv fəaliyyət göstərdiyini bildirib.

Görüşdə Alman Akademik Mübadilə Xidmətinin təsis etdiyi təqaüdlər, alim və mütəxəssislər üçün Almaniyada yaradılan tədqiqat imkanları, eləcə də AMEA-da elm və texnologiya, sosioloji elmlər üzrə təlimlərin təşkili kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Görüş zamanı, həmçinin tədqiqatçılara proqramlar və müraciət qaydaları haqqında ətraflı məlumatın verilməsi üçün almaniyalı ekspertlər tərəfindən AMEA-da təlimlərin keçirilməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, görüşdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri, b.ü.f.d., dosent Esmira Əlirzayeva da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: