Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.10.2023 14:58
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzində Yer Elmləri seksiyasının iclası keçirilib

Seysmoloji Xidmət Mərkəzində Yer Elmləri seksiyasının iclası keçirilib

Oktyabrın 10-da AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Yer Elmləri seksiyasının 2023-cü ildə aparılmış elmi, elmi-istehsalat işlərinin şöbələr üzrə 9 aylıq hesabat iclası keçirilib.

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Yer Elmləri seksiyasının 2023-cü ildə aparılmış elmi, elmi-istehsalat işlərinin şöbələr üzrə 9 aylıq hesabat iclası keçirilib.

İclasda RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli və mərkəzin müvafiq şöbələrinin rəhbərləri iştirak ediblər. Seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli bildirib ki, iclasın keçirilməsində məqsəd bu ilin 9 ayında mərkəzdə aparılan kompleks-seysmoloji, geofiziki, geodinamik tədqiqatların nəticələrini müzakirə etməkdir.

Sonra RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun böyük elmi işçisi, Yer Elmləri üzrə fəlsəfə doktoru Şirin İslamova “Azərbaycan və ətraf bölgələrin seysmikliyinin xüsusiyyətləri”, Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Zəlzələ ocaqlarının tədqiqi, palçıq vulkanlarının monitorinqi və Beynəlxalq Seysmotomoqrafiya laboratoriyasının fəaliyyəti haqqında”, Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov “Azərbaycan ərazisinin GPS məlumatları əsasında geodinamikası”, Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev “Makroseysmik tədqiqatlar”, Mühəndis seysmologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edən Lalə Fəttahova “Mühəndisi-seysmoloji tədqiqatlar”, Maqnitometriya şöbəsinin müdiri vəzifəsini icra edən Nadirşah Xanbabayev “Maqnitometrik tədqiqatlar”, Qravimetriya şöbəsinin müdiri Elçin Bağırov “Qravimetrik tədqiqatlar”, Kompleks geokimyəvi tədqiqatlar şöbəsinin elmi işçisi Aybəniz Kərəmova “Kompleks geokimyəvi tədqiqatlar” mövzusunda məruzələr təqdim ediblər.

İclas təqdim olunan məruzələr ətrafında müzakirələrdən sonra başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: