Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.10.2023 09:42
  • A-
  • A
  • A+

Tarix İnstitutunda “Gülüstan 210” adlı dəyirmi masa keçirilib

Tarix İnstitutunda “Gülüstan 210” adlı dəyirmi masa keçirilib

AMEA-nın Tarix İnstitutunda “Gülüstan 210” adlı dəyirmi masa təşkil olunub.

Tədbiri institutun icraçı direktoru, tarix elmləri doktoru İlqar Niftəliyev açaraq bildirib ki, 210 il bundan əvvəl 1813-cü ilin 12 oktyabrında Rusiya İmperiyası ilə İran arasında sülh müqaviləsi imzalanıb. Qeyd olunub ki, 1964-ci il mayın 29-da o dövrdə Moskvanın göstərişi ilə Azərbaycanda Gülüstan müqaviləsinin 150 illiyi qeyd edilib. Bu tədbirlə bağlı kitabalar, məqalələr yazılıb, Bakıda və Moskvada Azərbaycan və Rusiyanın mədəniyyət günləri keçirilib. Həmin dövrdə bu hadisə Azərbaycanın Rusiyanın tərkibinə könüllü daxil olması kimi qeyd olunub. Lakin 1991-ci ildə Azərbaycan müstəqlliyini bərpa etdikdən sonra həm Gülüstan, həm də Türkmənçay müqavilələri verilən qiymət tam fərqli olmub. Artıq Azəbaycan tarixşünaslığında, ictimai fikrində bu müqavilələrin əsas nəticəsi Azərbaycan torpaqlarının işğalı, parçalanması kimi qiymətləndirilir.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov çıxış edərək qeyd edib ki, Qarabağın Gülüstan kəndində 1-ci Rus-Qacar müharibəsinin nəticəsi olaraq müqavilə imzalanır. Bu müqaviləyə əsasən Naxçıvan və İrəvan xanlıqlarını çıxmaq şərtilə Arazın şimalındakı bütün Azərbaycan xanlıqları Rusiyaya birləşdirilirdi. Bundan əlavə Qacarlar dövləti Şərqi Gürcüstanın və Dağıstanın Rusiya imperiyası birləşməsini tanıyırdı. 1813-cü ildə Rusiya imperiyası ilə Qacarlar dövləti arasında imzalanmış Gülüstan müqaviləsi  1805-ci ildə Rusiya ilə Azərbaycanın Qarabağ, Şəki və Şirvan xanlıqları arasında bağlanan ikitərəfli müqavilələrin kobud şəkildə pozulması demək idi.

Mövzu ətrafında aparılan müzakirələrdə tarix üzrə fəlsəfə doktorları, dosentlər Cəbi Bəhramov, Zeynəb Qafarova, Ramil Niftəliyev, Ənvər Məmmədov çıxış edərək iclas iştirakçılarının suallarını cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: