Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.10.2023 10:32
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunda pakistanlı alimlərlə görüş keçirilib

Zoologiya İnstitutunda pakistanlı alimlərlə görüş keçirilib

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunda Pakistanın Sindh Universitetinin alimləri ilə görüş keçirilib.

Tədbirdə institutun baş direktoru v.i.e., aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov, institutun icraçı direktoru b.e.d., dosent Elşad Əhmədov və entemoloq alimlər iştirak ediblər.

Qonaqlara institutun tarixi, elmi fəaliyyəti və entemologiya sahəsində aparılan tədqiqatlar haqqında məlumat verilib. Öz növbəsində qonaq professor İmran Xatri ölkəsinin kənd təssərrüfatında zərərverici həşəratlarla mübarizə üsulları, yeni texnologiyaların tətbiqi və bioloji agentlərin istifadəsi haqqında söhbət açıb. Alim, həmçinin institutun alim heyətini çalışdığı universitetin təcrübə proqramlarında iştirak etməyə dəvət edib.

Qeyd edək ki, 44000 tələbə və doktorant şəbəkəsinə malik olan universitet həm milli həm də qlobal miqyasda kənd təsərrüfatı sektoruna öz töhfələrini verib. Burada həm də dünyanın müxtəlif ölkələrindən alim və tədqiqatçılar üçün çox çeşidli akademik proqramlar təşkil olunur.

Tədbirin sonunda qonaqlar onlara ünvanlanan sualları cavablandırıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: