Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.10.2023 10:52
  • A-
  • A
  • A+

Fizika İnstitutunda “Scopus” və “ScienceDirect”-in təlimi keçirilib

Fizika İnstitutunda “Scopus” və “ScienceDirect”-in təlimi keçirilib

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda “ELSEVIER” şirkətinin nümayəndəsi Rabiqa Khozhamkulun iştirakı ilə təlim keçirilib.

Məqsəd əməkdaşları dünyanın ən böyük elmmetrik bazası olan “Scopus” və “ScienceDirect”-in istifadə qaydaları ilə tanış etmək, bu bazalardan istifadə ilə bağlı zəruri məlumatları diqqətə çatdırmaq olub.

Tədbiri giriş sözü ilə institutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov açıb. Bildirib ki, dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada Azərbaycanın elmi-tədqiqat və ali təhsil müəssisələri üçün “Scopus”a giriş təmin edilib.

Daha sonra R.Khozhamkul “Özünü qiymətləndirmə, hədəf müəyyən etmə və uzunmüddətli planlaşdırma”, “Data əsaslı qərar qəbuletmə”, “Tədqiqat infrastrukturunun inkişafı üçün potensialın yaradılması”, “Akademik heyət və tədqiqatçılar üçün baza kompetensiyaları” və digər mövzularda iştirakçılara ətraflı məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: