Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.10.2023 12:06
  • A-
  • A
  • A+

Tarix İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib

Tarix İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan-Türkiyə münasibətlərinin tarixi” mövzusunda beynəlxalq elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə Tarix İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru İlqar Niftəliyev açaraq bildirib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Bu bütün Türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir. Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymasında Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımların böyük rolu var.

Sonra Tarix İnstitutunun elmi məsləhətçisi, filologiya elmləri doktoru, professor Tofiq Məlikli “Osmanlı imperiyasından Türkiyə Cümhuriyyətinə tarixi yol”, Türkiyə Cümhuriyyətinin Arxivlər və Hərb Tarixi İdarəsi Arxivinin əməkdaşı Dr. Güzin Çaykıran “İstiqlal müharibəsi və respublikanın elan olunması”, Tarix İnstitutunun Azərbaycan Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Vasif Qafarov “Anadolu hərəkatı və Azərbaycan”, Ege Universitetinin Türk Dünyası Elmi-Tədqiqat İnstitutunun Türk Dünyası İctimai, İqtisadi və Siyasi Əlaqələr şöbəsinin müdiri, professor Vəfa Qurban “Şuşanın mədəni mirasından bir örnək: Çöl qala məscidi, Tarix İnstitutunun Dünya tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqut Əmirova “Türkiyənin istiqlal mübarizəsinə sovet Azərbaycanının maddi və mənəvi yardımı”, Tarix İnstitutunun Tarixin nəzəriyyəsi, tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin Azərbaycanın tarixi demoqrafiyası elmi qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent İradə Məmmədova “Sovet İttifaqından olan türk əsilli köçkün və qaçqınlarla bağlı Türkiyə Cümhuriyyətinin tədbirləri (1923-cü ildən 1947-ci ilədək)”, Tarix İnstitutunun Respublika tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov “Müstəqillik illərində təhsil sahəsində Azərbaycan-Türkiyə əlaqələri (1993-2003-cü illər)”, sözügedən müəssisənin Beynəlxalq əlaqələr tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə “Türkiyənin dəstəyinin Vətən müharibəsində qələbəmizin həlledici amillərindən biri kimi” və institutun doktorantı Gülnar Paşayeva “Azərbaycanda internetin formalaşması və inkişafında Türkiyə Respublikasının rolu” adlı məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibəti mövcud olub. Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin nəticəsi olaraq yüksək səviyyədədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: