Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.10.2023 12:54
  • A-
  • A
  • A+

“Radiasiya təhlükəsizliyi problemləri: regional aspektlər” adlı konfrans keçirilib

“Radiasiya təhlükəsizliyi problemləri: regional aspektlər” adlı konfrans keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu Naxçıvan Dövlət Universiteti ilə birgə akademik Mahmud Kərimovun 75 illik yubileyi münasibəti ilə “Radiasiya təhlükəsizliyi: regional aspektlər” mövzusunda elmi-texniki konfrans keçirib.

Konfransın açılışı Naxçıvan Dövlət Universitetinin Konqres zalında təşkil olunub.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru E.İsayev elm ilə təhsilin inteqrasiyasından, qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışıb.

Sonra çıxış edənlər AMEA-nın birinci vitse prezidenti vəzifəsini icra edən, akademik A.Həşimov, Azərbaycan Dövlət Pedaqoji Universitetin elmi işlər üzrə prorektoru, professor A.Zamanov, akademik İsmayıl Hacıyev və akademik Adil Qəribov Mahmud Kərimovun AMEA-nın prezidenti kimi göstərdiyi çox tərəfli fəaliyyətindən, elmin idarə olunması, kadr siyasəti sahəsində həyata keçirdiyi yeniliklərdən, həmin illərdə hazırladığı Elmin İnkişafı üzrə Milli Strategiyasından və elmi təşkilati fəaliyyətindən söz açıblar.

Açılış mərasiminin sonunda M.Kərimovun laboratoriyasında çalışmış, onun tələbəsi olmuş R.Mehdiyeva akademikin həyatı, elmi və ictimai fəaliyyəti ilə konfrans iştirakçılarını tanış edib, bu unudulmaz insanın elmi-tədqiqata olan sonsuz məhəbbətindən söz açıb.

Konfrans işini bölmə iclaslarında davam etdirib.

Ənənəvi çıxışlarda AMEA-nın müxbir üzvü, Oqtay Səmədov, f-r-e.d., professorlar R.Mədətov, R.Sərdarlı, b.e.d. S.Məmmədli, f.ü.f. doktorları F.Hümbətov, H.Mahmudov, Y.Cəfərov, N.Rzayev, C.Nağıyev və b. elmi məruzələrlə çıxış ediblər.

Hibrid formada təşkil edilən konfransda digər iştirakçılar onlayn çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: