Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.12.2013 00:00
  • A-
  • A
  • A+

“Azərbaycan dilçiliyi müntəxəbatı” üçcildliyinin təqdimatı keçirildi

“Azərbaycan dilçiliyi müntəxəbatı” üçcildliyinin təqdimatı keçirildi

13 dekabr 2013-cü il tarixdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı “Azərbaycan dilçiliyi müntəxəbatı” üçcildliyinin təqdimat mərasimi keçirildi.

AR Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində işıq üzü görən kitab ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuşdur.

Mərasimdə qeyd olundu ki, bu gün özünün inkişaf dövrünü yaşayan Azərbaycan dilinin tərəqqisi naminə bütün ömrünü sərf edən böyük alimlərimizin yaradıcılığına işıq salan belə müntəxəbat istər keçmiş sovetlər dövründə, istərsə də müstəqillik illərində nəşr olunmayıb. Bildirildi ki, Azərbaycan dilçilik elminin nadir incilərinin toplandığı kitab ilk növbədə, dilçi alimlərimizin qazandıqları uğurları özündə ehtiva edir.

Toplu akademik Ağamusa Axundov və AMEA-nın müxbir üzvü Kamal Abdullayevin rəhbərliyi altında, filologiya üzrə elmlər doktoru, professorFəxrəddin Veysəllinin ümumi redaktəsi ilə nəşr olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: