Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

03.11.2023 15:24
  • A-
  • A
  • A+

“İşgüzar və akademik kommunikasiyada nitqə verilən tələbələr və funksional üslublar” kitabı italiyan dilində nəşr olunub

“İşgüzar və akademik kommunikasiyada nitqə verilən tələbələr və funksional üslublar”  kitabı italiyan dilində nəşr olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlinin Roma şəhərində “İşgüzar və akademik kommunikasiyada nitqə verilən tələbələr və funksional üslublar” kitabı italiyan dilində çap olunub.

“Via Tiburtina” nəşriyyatında çap olunan kitabın tərcüməçiləri filologiya elmləri doktoru Günel Bayramova və elmi işçi Bəturə Əliyevadır.

Kitabın yazılmasında məqsəd dilin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməsi, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarına, leksik və qrammatik qaydalara əməl edilməsi, məişət danışığından düzgün istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməməsidir. Bu sahələrdə hüquqi tənzimləmənin həyata keçirilməsi və dil pozuntularının aradan qaldırılmasıdır.

Dərs vəsaitindən ali məktəblərin Regionşünaslıq fakültəsinin müəllim və tələbə heyəti istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: