Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

03.11.2023 17:42
  • A-
  • A
  • A+

Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şərqşünaslıq İnstitutunda olub

Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şərqşünaslıq İnstitutunda olub

İraqda nəşr olunan “Kərkük” qəzetinin baş redaktoru, Kərkük Mədəniyyət Dərnəyinin və İraq Türkman Jurnalistlər Cəmiyyətinin rəhbəri, araşdırmaçı yazar doktor Şəmsəddin Kuzəçi AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Şəmsəddin Kuzəçi AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Akademik G.Baxşəliyeva qonağa Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar barədə məlumat verib. Ş.Kuzəçi də öz növbəsində apardığı araşadırmalardan bəhs edib.

Akademik G.Baxşəliyeva S.Kuzəçiyə Şərqşünaslıq İnstitutunun nəşrlərindən hədiyyə edib. Ş.Kuzəçi müəllifi olduğu “Azərbaycan məqalələrim” kitabını akademik G.Baxşəliyevaya təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: