Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.11.2023 17:46
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun ekspedisiyası Şuşa və Laçın rayonlarında tədqiqatlar aparıblar

Radiasiya Problemləri İnstitutunun ekspedisiyası Şuşa və Laçın rayonlarında tədqiqatlar aparıblar

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun 2 ekoloji ekspedisiyası oktyabrın 28-dən noyabrın 4-dək Şuşa və Laçın rayonlarında tədqiqatlar aparıblar. Ekspedisiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak ediblər. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının icrası üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cü il üçün Tədbirlər Planında nəzərdə tutulmuş tədqiqat işləri həyata keçirilib. İşğaldan azad olunmuş ərazilərdə su resursları və dib çöküntülərində radionuklidlərin və kimyəvi çirkləndiricilərin qatılığının təyin edilməsinə aid çöl tədqiqatları aparılıb və laboratoriya analizləri üçün nümunələr götürülüb.

Radiasiya Problemləri İnstitutunun Radioekologiya, Radiokimya və Radioprotektorlar, habelə Enerjiqənaətedici radiasiya prosesləri laboratoriyasının əməkdaşları ekspedisiya müddətində Qarqarçayın sol qolunda-Daşaltı su mənbələrində, İsa bulağında, Şuşa şəhərinin inzibati binalarında və tikilməkdə olan binaların ətrafında, Laçında Həkəri çayında torpaq, su və dib çöküntülərindən nümunələr götürüblər.

Ekspedisiya iştirakçıları həm də Şuşada bərk məişət tullantılarının idarə olunmasına aid ilkin müşahidələr aparıb, Şuşanın məskunlaşmasından sonra orada “yaşıl” iqtisadiyyatın inkişafı, işğaldan əvvəl mövcud olan özünəməxsus ekoloji mədəniyyətin reabilitasiyası haqqında təbliğat kampaniyasının aparılması üzrə planlar tərtib ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: