Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.11.2023 10:53
  • A-
  • A
  • A+

AMEA-nın gənc mütəxəssisləri Rusiyada keçirilən forumda iştirak edib

AMEA-nın gənc mütəxəssisləri Rusiyada keçirilən forumda iştirak edib

Moskva şəhərində Avropa və Asiyadan olan gənc alimlərin MDB İcraiyyə Komitəsinin tərəfdaşlığı ilə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası və 2023-cü ildə Rusiya Federasiyasının Avrasiya İqtisadi İttifaqının orqanlarında sədrliyinə həsr edilmiş “Elm Qitəsi” akademik forumu keçirilib.

Forum Rusiya Elmlər Akademiyasının 300 illik yubileyinə həsr olunub.

Qeyd etmək gərəkir ki, MDB İcraiyyə Komitəsinin dəstəyi ilə 2022-ci ildə “Sərhədsiz elm” devizi altında keçirilən forum gənc alimlərin həyatında əlamətdar hadisəyə çevrilmiş, elmi əlaqələrin möhkəmləndirilməsinə və elmi fəaliyyətin gənclər arasında populyarlaşmasına, MDB ölkələrinin peşəkar birliyində alim və gənc mütəxəssislərin mobillik sisteminin formalaşmasına öz töhfəsini vermişdir.

Bu il isə forum iştirakçılarının coğrafiyası əhəmiyyətli dərəcədə genişləndirilib, Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Özbəkistan, Türkmənistan, Tacikistan, Çin, Hindistan, İran, Monqolustan, Vyetnam, İndoneziya, Pakistan, Serbiya, Macarıstan, Efiopiya, Misir və Suriyadan da elmi tədqiqatçılar və mütəxəssislərin iştirakı təmin olunub.

Olduqca əhəmiyyətli beynəlxalq forumun keçirilməsinin başlıca məqsədi Avrasiya ölkələrinin vahid elmi və texnoloji məkanının formalaşdırılması, eləcə də elmi-texniki bazanın gücləndirilməsi istiqamətində strategiya və təşəbbüslərini birləşdirən Böyük Avrasiya Tərəfdaşlığı çərçivəsində fənlər arası dialoq və aktual elmi problemlərin müzakirəsi üçün dövlətlərarası akademik və elmi əlaqələr platforması yaratmaq olub.

Forum iştirakçıları öz elmi tədqiqatlarının nəticələrini altı istiqamət üzrə aparıcı alimlərin rəhbərlik etdiyi tematik elmi bölmələr çərçivəsində təqdim ediblər.

Forumda ölkəmizi AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi Aygün Mirzəyeva, “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Aida Tağıyeva, Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin aparıcı mütəxəssisi Gülnar Seyidzadə, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Günel Orucova təmsil ediblər.

“Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Aida Tağıyeva süni intellekt (riyaziyyat) seksiyasında, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat Nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva və Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa Dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru dosent Günel Orucova “İrsin qorunması”, Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin aparıcı mütəxəssisi Gülnar Seyidzadə “Sağlam nəsil” sessiyaları üzrə məruzə ilə çıxış ediblər və sertifikata layiq görülüblər.

Xatırladaq ki, forum iştirakçıları öz elmi tədqiqatlarının nəticələrini altı istiqamət üzrə aparıcı alimlərin rəhbərlik etdiyi süni intellekt (riyaziyyat, informasiya və kommunikasiya texnologiyaları), fizika (nanotexnologiya, kvant texnologiyaları), kimya və materialşünaslıq, sağlam nəsil (bio) və sağlamlıq texnologiyaları, iqlim, ekologiya), biotəhlükəsizlik və qida təhlükəsizliyi (kənd təsərrüfatı elmləri), irsin qorunması (humanitar elmlər, sosial elmlər) olmaqla tematik elmi bölmələri çərçivəsində təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: