Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.11.2023 09:25
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı ABŞ-da keçirilən beynəlxalq konfransda iştirak edib

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı ABŞ-da keçirilən beynəlxalq konfransda iştirak edib

AR Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Arzu Cəlilova ABŞ-ın Massaçusets ştatının Boston şəhərində keçirilən “Neft, qaz və neft mühəndisliyi üzrə beynəlxalq konfrans”da (IOGP 2023) iştirak edib.

Azərbaycanlı alim konfransda “Oxidative dehydrogenation of 4-vinylcyclohexene in the presence of modified forms of Zr, Fe-pentasyls” mövzusunda məruzə edib və sertifikata layiq görülüb.

Qeyd edək ki, konfransa ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Hindistan, Oman, Koreya, Braziliya, İtaliya, İspaniya, Kanada, Küveyt, Çin, Qana, İran, Fransa, Portuqaliya, Yunanıstan, Tayvan, Malayziya, Mərakeş, Çili, Peru, Əlcəzair, Misir, Çexiya, Litva, Rusiya, Ukrayna, Kolumbiya və s. ölkələrdən alimlər qatılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: