Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

13.11.2023 12:15
  • A-
  • A
  • A+

Məhəmməd Füzuli haqqında məqalə ingiliscə “Vikipediya”nın ana səhifəsində yer alıb

Məhəmməd Füzuli haqqında məqalə ingiliscə “Vikipediya”nın ana səhifəsində yer alıb

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli haqqında məqalə “Vikipediya”nın ingilisdilli bölməsində ana səhifədə yer alıb.

Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk məlumat verib. O bildirib ki, “Vikipediya”da ingilis dilində yazılmış “Fuzuli” məqaləsi həmin platformanın ana səhifəsində noyabrın 13-də “Seçilmiş məqalə” kimi nümayiş olunub. Hazırda məqalə ana səhifədədir. Məqalədə dahi Azərbaycan şairinin həyatı, yaradıcılığı və irsi haqqında ətraflı məlumat verilib. Məqalə etibarlı istinadlarla zənginləşdirilib.

“İngiliscə “Vikipediya”nın ana səhifəsinə hər gün milyonlarla oxucu daxil olur. Bu isə dahi şairimiz Məhəmməd Füzuli haqqında milyonlarla oxucunun məlumatlanması deməkdir. Həm də əcnəbi elm adamları onun həyat və yaradıcılığı ilə daha yaxından tanış olacaqlar. Bu bizim üçün qürurverici və böyük hadisədir”, - deyə Elnur Eltürk qeyd edib.

AzərTac

  • Paylaş: