Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdıralı çıxış edərək AMEA-nın 70 illiyi münasibətilə kollektivi təbrik edib, ötən əsrdə Azərbaycan alimlərinin dünya elminə verdiyi töhfələrdən danışıb. D.Kıdıralı deyib ki, elmin inkişafında müstəsna əhəmiyyətə malik Nobel mükafatının adı Azərbaycanla bağlıdır. O, Azərbaycan Milli Elmlər Akademiyasının bölgənin elm mərkəzinə çevrildiyini vurğulayıb.
Yubiley tədbirində D.Kıdıralı Beynəlxalq Türk Akademiyasının qızıl medalını AMEA prezidenti, akademik Akif Əlizadəyə təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir