AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, f.ü.f.d., dosent Yusif Şükürlü və Mədinə Şərifovanın “İpəkqurdunun cinsiyyətinin tənzimlənməsi üçün biotexnoloji üsul” adlı müştərək məqaləsi “Animal Biology” jurnalında dərc edilib.
Məqalədə ipəkqurdu populyasiyasının məhsuldarlığını səmərəli şəkildə artırmaq üçün biotexnoloji yanaşmalardan istifadə araşdırılıb. Həmçinin maqnit sahəsinin ipəkqurdu nəslinin cins nisbətinə necə təsir etdiyini nümayiş etdirən riyazi model işlənib hazırlanıb və maqnit sahəsinin gücü əsasında erkək və dişi ipəkqurdu nəslinin nisbətini idarə etmək və proqnozlaşdırmaq üçün alınan nəticələr təqdim edilib.
Qeyd edək ki, impakt faktoru 1.2-yə bərabər olan “Animal Biology” jurnalında zoologiyanın davranış, inkişaf biologiyası, ekologiya, endokrinologiya, təkamül, genomika, morfologiya, neyrobiologiya, fiziologiya, sistematika və nəzəri biologiya kimi istiqamətlərinin inteqrasiyası məsələlərinə geniş yer verilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.