Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İngilis strukturalizmi müstəqil dilçilik məktəbi kimi” kitabı çap olunub
24.11.2023 11:49
  • A-
  • A
  • A+

“İngilis strukturalizmi müstəqil dilçilik məktəbi kimi” kitabı çap olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, professor İlham Tahirovun “İngilis strukturalizmi müstəqil dilçilik məktəbi kimi” kitabı çap olunub.

Kitabın redaktoru professor Nadir Məmmədli, rəyçiləri professor Məsud Mahmudov, dosentlər Baba Məhərrəmli və Gülşən Axundovadır.

Nəşrdə Böyük Britaniyada ilk ümumi dilçilik professoru Con Rupert Försün dilçilik görüşləri, məktəbin əsas simaları və onların fəaliyyət məsələləri araşdırılıb.

Vəsaitdə ingiliz strukturalizminin tədqiq tarixi, ingilis strukturalizmi linqvistik strukturalizmin müstəqil istiqaməti kimi, ingilis strukturalizminin linqvistik ideyaları, ingilis strukturalizminin semantik ideyalarının müasir dilçilikdə inkişafı məsələləri tədqiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: