Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.11.2015 16:20
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin əməkdaşları Fəxri Fərmanla təltif olundular

Humanitar Elmlər Bölməsinin əməkdaşları Fəxri Fərmanla təltif olundular

Noyabrın 13-də AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) növbəti büro iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Teymur Kərimli AMEA-nın 70 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu bildirdi, HEB əməkdaşlarını yubiley münasibətilə təbrik etdi.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirdi ki, ölkədə elmin inkişafını xalqın firavan gələcəyini təmin edən əsas amillərdən biri hesab edən Prezident İlham Əliyevin 2015-ci il noyabrın 9-da AMEA-nın 70 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda proqram xarakterli çıxışı elmin inkişafı üzrə strateji hədəfləri və prioritetləri müəyyənləşdirmişdir.

AMEA-nın vitse-prezidenti dövlət başçısının öz çıxışında humanitar sahəyə də böyük əhəmiyyət verdiyini, humanitar istiqamətdə qarşımızda multikulturalizm, Azərbaycan dili, Azərbaycan tarixi, tarixi coğrafiya, müstəqillik dövrü Azərbaycan tarixinin yazılması kimi ciddi məsələlər ətrafında məsuliyyətli vəzifələr qoyduğunu bildirdi. O, ölkə Prezidentinin Akademiyaya gəlişini, alimlər qarşısında çıxışını, proqram xarakterli nitqini yüksək dəyərləndirərək, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrini daim diqqət mərkəzində saxlayaraq mövcud fəaliyyətin daha da intensivləşdiriləcəyini qeyd etdi.

Sonra AMEA-nın 70 illik yubileyi ilə əlaqədar bölmənin elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən bir qrup əməkdaş elmi və elmi-ictimai fəaliyyətlərinə görə HEB-in Fəxri Fərmanı ilə təltif olundular.

İclasda Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadovanın “Muğamşünaslığın konseptual əsasları” mövzusunda məruzəsi dinlənildi.

Tədbirdə, həmçinin AMEA prezidentinin 21 oktyabr 2015-ci il tarixli sərəncamına əsasən HEB-in elmi-tədqiqat müəssisələrində 2016-cı ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-texniki tədbirlər planı, “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunacaq namizədlərin müəyyənləşdirilməsi və digər məsələlər ətrafında müzakirələr aparıldı.

Sonda bir sıra kadr məsələlərinə də baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: