Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.12.2023 13:35
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun direktor müavini Londonda keçirilən beynəlxalq konfransda çıxış edib

Ədəbiyyat İnstitutunun direktor müavini Londonda keçirilən beynəlxalq konfransda çıxış edib

Böyük Britaniyanın paytaxtı Londonda “Aytmatov Akademiyası”nın (Aitmatov Academy) təşkilatçılığı ilə “Dünyada Çingiz Aytmatov irsinə humanist yanaşmalar” mövzusunda elmi konfrans keçirilib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini fil.ü.f.d., dos. Mehman Həsənli Aytmatov Akademiyasının dəvəti ilə konfransa qatılıb.

Gənc aytmatovşünas alim “Yazıçının Azərbaycan arxivlərində saxlanan şəxsi məktubları” (The personel letters of the writer at the Archives of Azerbaijan) mövzusunda konfransın birinci panelində çıxış edib.

Konfransda Böyük Britaniyanın nüfuzlu Oksford və digər universitetlərindən, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Almaniya və Rusiyadan olan alimlər iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: