Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.12.2023 14:27
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Dendrologiya İnstitutunun kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

İnstitutun əməkdaşları məzarın önünə tər çiçək dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi dünyaşöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük şəxsiyyət, müdrik dövlət xadimi ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin himayədarı olub, bu sahənin inkişafı üçün əlindən gələni əsirgəməyib.

Azərbaycan xalqı dövlətçilik tariximizdə müstəsna yeri olan bu dahi oğlunun əvəzsiz xidmətlərini heç vaxt unutmur və iyirmi ildir ki, Ulu Öndərin əbədiyyətə qovuşduğu 12 dekabr günündə Onun əziz xatirəsini ehtiramla yad edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: